ABŞ Dövlət katibi Entoni Blinken 19-cu Şərqi Asiya sammiti çərçivəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrovla birbaşa təmaslarının olmadığını açıqlayıb.
Yenizaman TASS-a istinadən xəbər verir ki, Blinken bu barədə mətbuat konfransında danışıb.
“Lakin o, Rusiyanın adından çıxış etdikdə mən zalda idim. Mən də ABŞ adından danışdıqda Lavrov zalda idi. Düşünürəm ki, bir-birimizi dinlədiyimizi əminliklə deyə bilərəm”, - deyə Blinken qeyd edib.
Xatırladaq ki, 19-cu Şərqi Asiya sammiti oktyabrın 6-dan 11-nə qədər Laosda keçirilib.
.