Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunla əlaqədar “Gənclik” Nəqliyyatı Mübadilə Mərkəzinə (NMM) avtobusların girişi məhdudlaşdırılıb.

Yenizaman bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

.