“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb.

Xarici mətbuatın məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.

İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız "Formula-2"nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.

Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb: 

5 iyul – Avstriya
12 iyul – Avstriya
19 iyul - Macarıstan
2 avqust – Böyük Britaniya
9 avqust – Böyük Britaniya
16 avqust – İspaniya
30 avqust – Belçika
6 sentyabr – İtaliya
20 sentyabr – Azərbaycan
27 sentyabr – Rusiya
4 oktyabr - Çin
11 oktyabr - Yaponiya
25 oktyabr - ABŞ
1 noyabr - Meksika
8 noyabr - Braziliya
22 noyabr - Vyetnam
29 noyabr – Bəhreyn
6 dekabr - Bəhreyn
13 dekabr – BƏƏ.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.

.