“Fənərbağça” ulduz futbolçusu Mesut Özillə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Uzun müddətdir “Fənərbağça” heyətindən uzaqlaşdırılan Məsut Özil klubla yollarını tamamilə ayırıb.

Mesut 2021-ci ilin yanvarında “Arsenal”dan ayrılaraq “Fənərbağça”ya keçmişdi.

Xorxe Xesusun baş məşqçi gəlməsi ilə də bu qərar dəyişməyib. Mesut Özil karyerasını “Fənərbağça”da bitirmək istədiyini tez-tez vurğulasa da, bu istəyi baş tutmayıb.

Buna baxmayaraq, Mesut Özil İstanbulda qala bilər.

Mesut Özil “Fənərbağça” forması ilə ümumilikdə 36 matçda 8 qol vurub və üç məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu “Spor Toto” Super Liqa komandalarından “Medipol Başakşehir” ilə müzakirələr aparır.

.