Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; eyni zamanda ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli (SMS – məlumatlar ödənişsizdir) və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər.

İndiyə qədər bu şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli idilər.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

.