Türkiyə Respublikasının Marmaris şəhərində keçirilən “Doğu Akdeniz - 2023” beynəlxalq təlimində noyabrın 17-də iştirakçılara brifinq təqdim edilib.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edilib ki, beynəlxalq təlim cari ilin noyabr ayının 25-dək davam edəcək.

.