2020-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ikisi xristian olmaqla 14 dini icma dövlət qeydiyyatına alınıb.

Bu barədə Dini Komitənin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bununla da Dövlət komitəsində qeydiyyatdan keçmiş dini icmaların sayı 955-ə çatıb. Eyni zamanda, dövlət komitəsi tərəfindən hər hansı bir dini icmanın ləğv olunması ilə bağlı məhkəməyə müraciət edilməyib.

M.Qurbanlı onu da əlavə edib ki, “Dini etiqad azadlığı haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırda müzakirə olunur.

“Yalnız onu deyə bilərəm ki, dəyişikliklər dövrün tələblərinə görə yaranmış zərurətdən və din sahəsini tənzimləyən qanunvericilik bazasını daha da təkmilləşdirmək məqsədindən irəli gəlir”, - deyə o əlavə edib.

.