Ukrayna “Lukoil” şirkətinin Xəzər dənizindəki “Filanovski” neft yatağına hücum edib.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Agentliyə danışan anonim mənbə bildirib ki, Ukraynanın uzaqmənzilli dronları platformaya ən azı dörd dəfə zərbə endirib və yataqdakı 20-dən çox quyuda hasilat dayandırılıb.
Şirkətin məlumatına görə, Xəzər dənizinin Rusiya hissəsindəki “Filanovski” yatağının layihə istehsal gücü ildə 6 milyon tondur. Bu, gündə təxminən 120 min barelə bərabərdir. Keçən il “Lukoil” şirkətinin Rusiyadakı xam neft və kondensat istehsalı təxminən 76,5 milyon tona çatıb. Bu o deməkdir ki, “Filanovski” yatağı şirkətin ümumi daxili istehsalının 8%-dən azını təşkil edir.
.
