Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.
Bu barədə “Bloomberg“ adı açıqlanmayan məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri “Bloomberg“in məsələ ilə bağlı sorğusuna cavab verməyib.
Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikol Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.
Mənbə qeyd edib ki, Paşinyan seçkilərdə qalib gəlsə, Azərbaycan Prezidenti onunla sülh müqaviləsi barədə yekun razılığa gələ bilər.
Yalnız bundan sonra Türkiyə Ermənistana səfir təyin edəcək və diplomatik münasibətləri bərpa edəcək.
.
