Beynəlxalq Valyuta Fondu növbəti hesabatında qlobal artım proqnozunu əsaslı şəkildə aşağı salmağı planlaşdırır.

“Bloomberg” xəbər verir ki, bunu BVF-nin Strategiya, Siyasət və Analiz departamentinin direktoru Ceyla Pazarbaşıoğlu bildirib.

Onun sözlərinə görə, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan bazarlara kapital axınının azalması, davam edən pandemiya və Çin iqtisadiyyatında yavaşlamanın mövcud olduğu şəraitdə siyasətçilərin strategiya qurmaq daha ​​çətinləşib.

“Zərbədən sonra zərbə və bu, həqiqətən də qlobal iqtisadiyyata zərbə vurur. Biz proqnozumuzu əhəmiyyətli dərəcədə aşağı salacağıq”.

BVF aprel hesabatında artıq bu il dünya iqtisadi artımı ilə bağlı gözləntilərini 4,4%-dən 3,6%-ə endirib. Bu ay yeni proqnoz açıqlanacaq.

“Bloomberg” qeyd edir ki, G20 və digər ölkələrin maliyyə liderlərinə artan risklərdən qaçmaq üçün daha az seçim qalır. Bu, indiki şəraitdə qiymət artımına və inflyasiyaya düzgün cavab axtaran mərkəzi banklara da aiddir.

.