Bakıda yerləşən “Beerlin pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Orxan Şahbazov 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin pub”da mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlu aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyüb. Qapalı kəllə-beyin və baş beynin ağır dərəcəli əzilməsi xəsarətləri alan Vüqar Mustafayev xəstəxanada ölüb.

Orxan Şahbazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

Orxan Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

.