“Bayern Münhen”in israilli qapıçısı Daniel Perets İngiltərə təmsilçisi “Sauthempton”a icarəyə verib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı “əlcək sahibi” yaya qədər Çempionşip təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, İsrail millisinin üzvü olan Daniel Perets mövsümün ilk yarısında icarə əsasında “Hamburq”da çıxış edib.

.