“Bavariya”nın müdafiəçisi Konrad Laymer Avstriyada 2025-ci ilin futbolçusu seçilib.
Bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, Laymerin mükafat uğrunda rəqibləri arasında Kristof Baumqartner (“Leyptsiq”), Marko Arnautoviç (“Srvena Zvezda”) və Otar Kiteişvili (“Şturm”) olub.
Konrad Laimer 2007-ci ildən 2017-ci ilə qədər “Zaltburq”da oynayıb. “Leyptsiq”in də formasını geyinmiş avstriyalı 2023-cü ildən “Bavariya”nın üzvüdür.
O, bu müddətdə Almaniya çempionluğunu və Almaniya Super Kubokunu qazanıb.
.
