Almaniyanın “Bavariya” klubu futbolçusu Manuel Noyerlə müqaviləni uzadıb.

Münhen təmsilçisinin Almaniya millisinin 34 yaşlı qapıçısı ilə yeni müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Manuelin əvvəlki anlaşması 2021-ci ilin yayında başa çatmalı idi. Uzun müddətdir anlaşmanı uzatmaq barədə danışıqlar aparan tərəflər razılıq əldə edə bilmirdi. Qapıçının yeni müqaviləyə əsasən ildə 12 milyon avro qazanacağı iddia olunur. Hərçənd qapıçı 2024-2025-ci illərə qədər nəzərdə tutulan müqavilə və ildə 20 milyon avro istəyirdi.

.