“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Münhen klubunun mətbuat xidməti “Leypziq”dən Konrad Laymerin azad agent kimi transfer edildiyini açıqlayıb.
“Bavariya” ilk yay transferi ilə 4 illik müqavilə imzalayıb.
26 yaşlı avstriyalı yarımmüdafiəçi ötən mövsüm “Leypziq”in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
.