Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu keçirilib.
Həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Siti” stadionunda baş tutan oyunda “Barselona” “Real”a 3:2 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb.
“Barselona” - “Real” 3:2
Qollar: Rafinya, 36, 73, Levandovski, 45+1 - Vinisius, 45+2, Qarsiya, 45+6
.
