İspaniyanın “Barselona” klubu daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq.

Yarımmüdafiəçi Serxio Busketsin ardından müdafiəçi Jordi Alba da gələn ay Kataloniya təmsilçisini tərk edəcək.

Bu mövsüm əsas heyətdəki yerini itirən 34 yaşlı sol cinah oyunçusu qərarını rəhbərliyə artıq bildirib. La Liqa çempionu ona aşağı maaşla yeni müqavilə təklif etsə də, futbolçu bununla razılaşmayıb. İspaniya millisinin üzvünün ayrılması xəbərini “Barselona” yaxın müddətdə rəsmən açıqlamağı planlaşdırır.

Qeyd edək ki, 2012-ci ildən “Barselona” formasını geyinən Jordi Alba 11 il ərzində 458 oyuna çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə verib.

.