“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək həmin qərarda “domen adlarının milli inzibatçısı” anlayışı verilib, domen adlarının milli inzibatçısı tərəfindən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatına və onlara texniki xidmət göstərilməsinə görə ödənişin məbləğlərinin aidiyyəti dövlət orqanı ilə razılaşdırılmasına dair müddəalar əlavə edilib.

Bu Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin ““az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs olacaq.
D omen adlarının qeydiyyatı qaydası dəyişib. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texno- ogiyalar Nazirliyi ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən ediləcək.

.