Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin strukturunda dəyişiklik olub.
Sadiq Yolçuyev sədrin müşaviri təyin olunub. O buna qədər “AzİnTelecom” MMC-nin İnformasiya Təhlükəsizliyi departamentinin direktoru olub.
Bundan başqa, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru Əmir Vəlibəyov tutduğu vəzifədən azad olunub. Hazırda onun yerinə təyinat yoxdur.
.