“Azərişıq” ASC Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə yeni elektrik şəbəkəsi qurur.
“Azərişıq”dan verilən məlumata görə, işlər çərçivəsində 1 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək.Müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.
Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin Abşeron rayonunun Çaylı kəndində yenidənqurma işləri davam etdirilir.
Abşeron rayonunda görüləcək işlərlə abonentlər keyfiyyətli və dayanıqlı elektrik enerji ilə təmin ediləcək, elektrik enerjisindəki itkilər mimumuma endiriləcək.
.