2023-cü ildə “Avroviziya” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Liverpul müsabiqənin keçirilməsi uğrunda yarışda ölkənin Qlazqo, Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərlərini geridə qoyub.

Qeyd edək ki, müsabiqənin birinci yarım finalı mayın 9-da, ikinci yarım final mayın 11-də, final isə eyni ayın 13-də baş tutacaq.

Xatırladaq ki, Böyük Britaniya 2022-ci ildə yarışmanın qalibi olan Ukraynanın Rusiya işğalına məruz qalması fonunda sayca 67-ci “Avroviziya” mahnı müsabiqəsini Ukraynanın adından keçirmək öhdəliyini götürüb.

.