mrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir

Hələ 2019-cu ildə “AzPolitika.info”-da

Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovnanışikayəti əsasında ““Əmrahbankdan müdhiş fırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Q.Burlaçukun hələ 2006-cı ildə “Əmrahbank”-a yerləşdirdiyi depozitin bankın məsul vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi, lakin aşkar cinayət faktının istintaq orqanlıarı və məhkəmə tərəfindəört-basdır edilməsindən danışılırdı.

Q.Burlaçukun redaksiyamıza yeni müraciətindən belə aydın olurki, dərcetdiyimiz yazıdan 3 il keçməsinə və şikayət çixanımartıq 80 yaşı haqlamasına baxmayaraq, hələdə məhkəmələrdə süründürülür və halal haqqı geri qaytarılmır.

Şikayətçiyazır: “Sizin qəzetə müraciətimdən sonra 15 aprel 2019-cu il tarixdə qəzetinizdə ““Əmrahbank”dan müdhi şfırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar? - film kimi hekayət” başlığı altında rezonans doğuran məqalə dərc edildi. Bununla da problemin respublika rəhbərliyinə və ictimaiyyətə çatdırılması nəticəsində Baş Prokurorluq əvvələr iş üzrə qəbul etdiyi qərarları dəyişdirməklə 180 dərəcə dönüşedərək, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Əmrahbank”ın və onun havadarlarının sifarişi ilə 2012-ci ildən Cinayət Prossesual Qanunvericiliynə zidd olaraq icraatı dayandırılmış 170206050 saylı cinayət işini 2019-cu ilin sentyabrayında yenidən təzələdi. “Əmrahbank”ın

Nəsimi filialının direktoru işləmiş Əli Məhərrəmov və bankın xəzinadar ıvəzifəsində çalışmış İkram  Eyvazov barəsində istintaq yekunlaşdırıldı və cinayət işi 2020-ci ilin fevral ayında məhkəmə istintaqı aparılması üçün Bakı ağır Cinayətlər Məhkəməsinə göndərildi. Onu da qeyd edimki, buna kimi mənim şikayətlərimə baxılmırdı vəmənə deyilmişdi ki, hətta ALLAHA belə şikayət etsəm, heçnəyə nail olab ilməyəcəm.

İstintaq qurtardıqdan sonra mən belə hesabetdimki, ədalət bərqərar olacaq, Hörmətli Prezidentimiz İlham Əliyevin elan etdiyi multikultural və tolerantlıq prinsipləri və dəyərləri əsasında “Əmrahbank”ın müdhiş fırıldaqlarına hüquqi qiymət verilərək mənim oğurlanmış pullarım geri qaytarılacaq.”

Lakin şikayətçinin ümidləri özünü doğrultmayıb və 80 yaşlı qadınyağışdan çıxıb, yağmura düşüb”: “Ancaq sevincim və gümanlarım çox çəkmədi. 2020-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə başlayan və icraat mexanizmi çox da mürəkkəb olmayan bu bank fırıldaqçılığı faktına hüquqi qiymət verilməsi prosesi düz 8 fevral 2021-ci ilə kimi davam etdi. Hakim A. Paşayevhər 20-25 gündən bir məhkəmə baxışları təyinedərək 25(!) məhkəmə iclası keçirməklə sanki yekun qərar çıxarmaq üçün vaxtı uzatmağa cəhdedirdi. Hiss olunurduki, məhkəmədə baş verənlər kiminsə arzusu ilə yerinə yetirilir. 2020-ci ilin avqustayında hakimə vəsatət verərək onun nəzərinə çatdırdımki, təqsirləndirilən şəxslər Ə. Məhərrəmovunvə İ. Eyvazovun 2006-2008-ci illərdə törətdikləri cinayətəməllərindən keçən müddətin 12 ilə çatmasına az qalıb. Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasənisə onlar həmin müddətin tamamın da cəzaçəkməkdən azad olunacaqlar. Xahiş etdimki, işin baxışı surətləndirilsin. Mənim bu vəsatətimdən sonra hakim məhkəmə istintaqını pandemiya bəhanələrii lə daha da yubatmağa başladı.”

 

Şikayətçi bildirirki, eyni haqsızlıqlarla növbəti məhkəmə instansiyalarında da qarşılaşıb: “Gedən bütün proseslərdən hiss olunurdu ki, məhkəmə təqsirləndirilən şəxslərin həbsdən azadolunması üçün zəmin yaratmaqla estafeti apellyasiya instansiyasına ötürməyə çalışacaq. “Əmrahbank”ın kənarda duraraq işi idarəedən hüquq texnoloqlarının ideya və məsləhətləri Bakı AğırCinayətlər Məhkəməsində hakim tərəfindən qismən icraedildi. İlk mərhələdə bankin xəznədarı İ.Eyvazov cəzaçəkmək məsuliyyətindən azad olundu, “Əmrahbank”a qarşı mənim Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun mülki iddiamın təmine dilməsiməsələsinə baxılmadı. Filial direktoru Əli Məhərrəmovun azadlıqdan məhrum olunması, ha belə mənə dəyən maddi ziyanın müştərək qaydada təqsirli şəxslərdən tutulması barədə 08.02.2021-ci ildə hökm çıxarıldı. Bununlada hakim A. Paşayev öz missiyasını yerinə yetirdi! İşdən Bakı Apellyasiya Məhkəməsinə şikayətverildi və işbaxılması üçün Hakim Elmar Rəhimovun icraatına verildi. Bundan sonra apellyasiya instansiyasında qəribə hadisələr başv erməyə başladı. Hakim E.Rəhimov verdiyim apellyasiya şikayətimi başa düşməyirmiş kimi mənə istiqamətlənmiş sullar verirdiki, həmin şikayətimlə mən nəistəyirəm? Pulu kimdən tələb edirəm- “Əmrahbank”dan yoxsa təqsirləndirilən şəxslərdən? Hakim bir neçə dəfə məndən tələbetdiki, apellyasiya şikayətimə dəqiqləşmə və aydınlıq gətirim. Sanki bununla o, istəyirdi sübut etsinki, güya apellyasiya şikayətimdəki tələblərim mənim iradəmi əksetdirmir və şikayətim kənar şəxslərin iradəsi ilə tərtib edilib. Mən hakimə subut etdimki, iddia ərizəm mənim iradəmlə yazılıb.”

 

Bu dəfədə Apellyasiya Məhkəməsinin hakimi 80 yaşlı qadının məhkəmə işini uzatmağa başlayıb: “Bundan sonra filial direktoru Əli Məhərrəmov hakim tərəfindən yuxarıda qeyd etdiyim CM-nin 75-ci maddəsinin tələbi ilə cəzaçəkmək məsuliyyətindən məhkəməzalında azad edildi. Hakim digər təqsirləndirilən şəxs - bankın xəzinədarı İ. Eyvazovun vəsatəti əsasında ibtidai istintaq ərəfəsində ondan götürülmüş xətt və imzalarının ekspertizası zamanı ekspertin verdiyi rəyi şübhə altına alaraq yenidən xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul etdi. Bu, yeni bir jestidi və əgər ekspert əvvəlki rəyə zidd olan rəy vermiş olsaydı, istintaqın gəldiyi nəticələr şübhə altına alınacaqdı və cinayət törədən şəxslərə bəraət veriləcəkdi. Mənim ekspert idarəsinin rəhbərliyinə intensiv müraciətlərim öz nəticəsini verdi və ekspertilkin rəyi birdaha təsdiq etmək məcburiyyətind əqalmış oldu. Bankın xəzinadarı İ.Eyvazov yaranmış vəziyyəti görərək, öz təqsirini boynuna alaraq məhkəmənin depozitinə mənə çatdırılması üçün azmiqdarda vəsaitödəməklə Ə. Məhərrəmovla müştərək formada məsuliyyətdaşımaqdan azadolunmağa cəhdetdi. 28.09.2021-ci ilə qədər davamedən məhkəmə iclasında hakim qərar verərək xəzinadar İ.Eyvazovu müştərək məsuliyyətdaşımaqdan azad etməklə yanaşı, onun törətdiyi cinayət əməlini digər daha yüngül maddə ilə tövsif edərək, mənim “Əmrahbank”a qarş ımülki iddiamı rədd etdi və Əli Məhərrəmovun üzərinə mənə dəyən maddi ziyanın ödənilməsi öhdəliyini qoydu. Yenədə “Əmrahbank” MülkiMəcəllənin 1099-cu maddəsinə əsasən məsuliyyət daşımaqdan azad edildi.”

Q.Burlaçuk bu işdə prokurorluğunda lazımi tədbirlər görmədiyini bildirir: “Ən maraqlısı odurki, məhkəmə baxışlarında iştrakedən və dövlətittihamını müdafiə edən Respublika Prokurorluğunun əməkdaşları hakimlərin prosesual qanuna əməl etməməsinə reaksiya vermir və baş verənlərə neytrallıq nümayiş etdirirdilər.”

Şikayətçi iddia edirki, prokurorluqda işin uzanmasına yönələn addımlar atıb və o, b uişlə bağlı Ali Məhkəmənin Plenumunada müraciət edib: “Hazırda mənim iddia ərizəm Ali Məhkəmənin Plenumunda olsa da mülkü işüzrə Plenum tərəfindən hər hansı qərarın qəbulu barəsində məlumatım yoxdur.”

Q.Burlaçuk ümidinin yalnız ölkə başçısına qaldığını deyir: “Bilirəmki, “Əmrahbank”la yaranmış bu çəkişməyə Cənab Prezidentimiz öz iradəsiilə son qoymasa, bu iş hətta sonsuzluğa qədər bitməyəcək, çünki “Əmrahbank” məndən çox güclüdür və mən onların qarşısında qarışqakimiyəm. Mən 15 ildirki, öz zəhmətimlə qazandığım vədələduzluqla mənimsənilmiş pulumu “Əmrahbank”dan geritələbetmək üçün hüquqi müstəvidə mübarizə aparsamda bu günəkimi müsbət nəticəyə nail ola bilmirəm. Mənim 80 yaşım tamam olur. Görəsən, bundan sonra neçə illər gözləməliyəmki, Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququmun təminatı dövlət tərəfindən məhkəmə orqanlarında icra olunsun və mənimsənilmiş pullarım özümə qaytarılsın?”

.