Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Türkiyə və İran) platformasının ikinci iclasına hazırlıq gedir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

Rusiyalı diplomat “3+3” platformasını perspektivli mexanizm kimi dəyərləndirib.

Onun sözlərinə görə, “3+3” platformasının ikinci iclasına hazırlıq gedir. Andrey Rudenko vurğulayıb ki, ikinci iclası ilin birinci yarısının sonuna qədər keçirməyi nəzərdə tuturlar.

Xatırladaq ki, birinci iclas ötən ilin dekabrında Moskvada keçirilib.

.