"Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram".

Bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak ADA Universitetində keçirilən "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbirdə deyib. O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm".

.