Rusiya faktiki olaraq təkbaşına Kiyevin platsdarm rolu oynadığı, Qərbin isə qərargah, arxa və silah təchizatçısı funksiyasını yerinə yetirdiyi NATO və Ukrayna hərbi sənaye konqlomeratına qarşı mübarizə aparır.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Rusiya Tarix Cəmiyyəti Evində keçirilən “ Ukrayna Rusiya və Qərb arasında” elmi-praktik konfransında çıxışında deyib.
“Hazırda Rusiya faktiki olaraq NATO-Ukrayna hərbi və hərbi-sənaye konqlomeratı ilə təkbaşına mübarizə aparır, burada Ukrayna Rusiya ilə qarşıdurmada platsdarm rolunu oynayır, kollektiv Qərb isə qərargah, arxa cəbhə, kəşfiyyat və silah tədarükçüsüdür funksiyasını yerinə yetirir", - deyə nazir müavini vurğulayıb.
Rusiyalı diplomat qeyd edib ki, Ukrayna bu gün Rusiya ilə Qərb arasında münasibətlərdə maneədir: “Təəssüf ki, bu ölkə kollektiv Qərbin, ilk növbədə anqlo-saksların siyasətinin istifadə materialına çevrilib".
Qaluzin onu da diqqətə çatdırıb ki, NATO-ya üzv ölkələrin Ukraynaya silah tədarükünün ümumi həcmi artıq 65 milyard avronu keçib.
"ABŞ və Böyük Britaniyanın siyasi hiylələri nəticəsində Avropa qitəsində müstəqil qüvvələr mərkəzinin formalaşdırılması üçün Rusiyanın iştirakı ilə konstruktiv əməkdaşlıq imkanları yaxın onilliklər ərzində itirilib", - deyə Qaluzin bildirib.
Nazir müavini xatırladıb ki, Böyük Britaniya hər zaman Rusiyanın Fransa və Almaniya ilə yaxınlaşmasından ehtiyat edib və buna hər şəkildə qarşı çıxıb. “Bu kontekstdə hazırda Rusiya ilə Avropa İttifaqı arasında qarşıdurmanın kəskinləşməsi, təbii ki, anqlo-saksların əlinə oynayır və “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə terror aktı Rusiya ilə bu Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olmayanların nəyə hazır olduqlarını açıq şəkildə göstərdi”, - deyə diplomat əlavə edib.
.
