Donald Trampın Ukraynaya dair təkliflərini nəzərdən keçirməyə hazırıq, lakin onlarda mövqeyimizə zərər verəcək elementlər olmamalıdır.
Bunu CNN telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, ölkəsi hazırkı mövqeyinin əsasını təşkil edən elementlərdən imtina etmək niyyətində deyil.
Qeyd edək ki, seçki kampaniyası zamanı D. Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni özünün andiçmə mərasiminədək həll etmək planının olduğunu açıqlayıb.
Bununla belə o, detallar barədə heç bir fikir söyləməyib.
.