Pentaqonun məxfi sənədlərinin sızdırılması feyk ola bilər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, ABŞ-da sənədlərin sızması saxta, məqsədli şəkildə ortalığa atılmış ola bilər.
"Moskvanın Pentaqonun sənədlərinin sızması məsələsində mövqeyi yoxdur, lakin bunun Rusiyanı çaşdırmaq üçün ortalığa atılması da istisna edilmir", deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
Qeyd edək ki, Pentaqonun məxfi qrifli sənədləri informasiya məkanına sızdırılıb. Həmin sənədlərdə Qərb ölkələrinin Ukraynaya hərbi yardımı, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada Rusiya ordusuna qarşı döyüşdüyünə dair məlumatlar öz əksini tapıb.
.
