Rusiyanın Xarici İşlər və Müdafiə nazirləri regional problemlərlə bağlı məsləhətləşmələr üçün sabah Türkiyəyə səfər edəcəklər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat Departamenti məlumat yayıb.

"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən Sergey Lavrov və Sergey Şoyqunun rəhbərlik etdikləri Rusiya nümayəndə heyəti qarşılıqlı maraqların olduğu regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

.