Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, təşəbbüs ABŞ tərəfinin olub. Lavrov və Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Rusiya XİN başçısı Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu deyərək sərhəddən terrorçuların gəldiyini iddia edib. Telefon danışığı zamanı Suriya ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər. Həmçinin Ukrayna problemi də müzakirə predmeti olub.

.