Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi bəndlərini açıqlayıb.

Lavrov İstanbul razılaşmasında NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiq edildiyini, lakin bunun Krım və Donbasa şamil edilmədiyini bildirib.

"İstanbul razılaşmasına görə, əgər bu ərazilərə (Krım və Donbass-red) hücum edilərdisə, razılaşmalar dərhal ləğv edilməli idi. Bu razılaşmalar görə, Ukrayna ərazisində heç bir hərbi baza olmamalı idi", - Lavrov yerli KİV-ə müsahibəsində qeyd edib.

Lavrov: Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verilməyəcək

“Biz həmişə danışıqları döyüşlərdən və müharibələrdən üstün tuturuq”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Danışıqların hər zaman üstünlük verilən variant olduğunu söyləyən Rusiya XİN başçısı Ukrayna ilə Belarus və İstanbulda keçirilən görüşləri xatırladıb.

Lavrov qeyd edib ki, Ukrayna üzrə danışıqlar başlasa belə, Rusiya hərbi əməliyyatları dayandırmayacaq: "Kiyevə inam yoxdur, Rusiya Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verməyəcək".

O, Rusiyanın bu gün Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirilməsinin zəruriliyinə tam əmin olduğunu vurğulayıb.

.