Avropa İttifaqının təhlükəsizlik sahəsində gücləndirilməsi Rusiyaya qarşı yönəlib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynanın Aİ-yə daxil olması birliyin hərbiləşdirmək istəyənlər tərəfindən istifadə olunacaq.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq.

"Aİ-nin daxili problemləri baxımından Ukraynanın qoşulması pis fikir olmaya bilər. O zaman onlar sadəcə dağılacaqlar",- Rusiya XİN başçısı yekunlaşdırıb.

.