Rusiyaya Trampın planı rəsmi olaraq təqdim edilməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, ABŞ-nin Ukrayna ilə bağlı planının Rusiyaya rəsmi olaraq çatıdırılmadığını, lakin Moskvanın həmin planın konkret ifadələrini müzakirə etməyə hazır olduğunu söyləyib.

Rusiya XİN başçısı Trampın Ukrayna ilə bağlı planının Moskvaya qeyri-rəsmi kanallar vasitəsi ilə çatdırıldığını vurğulayıb

Lavrov bildirib ki, Rusiya ABŞ-dan Avropa və ukraynalılarla razılaşdırılmış aralıq variant hesab etdiyi versiyanı təqdim etməsini gözləyir.

.