"Donald Trampın ABŞ prezidenti vəzifəsinə mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə hansısa şəkildə təsir etsin".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin CBS kanalına müsahibəsində Tramp yenidən prezident olsa, ABŞ siyasətinin fərqli ola biləcəyi ilə bağlı suala cavabında deyib.
Lavrov Tramp Prezident seçilərsə, Rusiya-ABŞ münasibətlərində hansısa fərqin olacağına inanmadığını da söyləyib.
"Mən bir fərqin olacağına inanmıram. Çünki Rusiya-Amerika münasibətlərinin dağılmasını təməlini, o cümlədən strateji təhlükəsizlik, paritet, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq və inamla bağlı bütün müqavilələr də daxil olmaqla bu münasibətlərin əsaslarını prezident Corc Buş məhv etməyə başlayıb", deyə Rusiya XİN başçısı vurğulayıb.
.
