Şimali Koreyanın Rusiyanı silah-sursatla təmin etməsi ilə bağlı yayılan xəbərlər şayiədir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya 1" kanalında yayımlanan "60 dəqiqə" proqramına müsahibəsində deyib.
"Bilirsiniz, mən şayiələri şərh etmirəm. Amerikalıların hər zaman hər kəsi hər şeydə günahlandırması xəbər deyil. Bunu hamı yaxşı bilir", - deyə Lavrov Vaşinqtonun son iki ay ərzində Pxenyandan Moskvaya hərbi yardım olduğu ehtimal edilən minlərlə konteynerin çatdırılması ilə bağlı bəyanatına münasibət bildirərkən vurğulayıb
.
