Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

Bu barədə videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yerləşdirib.

Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq edib və axmaqlıq edib.

.