Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır”.

E. Məmmədyarova isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Azərbaycan XİN başçısı rusiyalı həmkarının danışıqların substantiv olmasının zəruriliyi ilə bağlı fikirləri ilə razılaşıb.

Onun sözlərinə görə, əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər.

"Rusiya ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq”.

Bbunu  da Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb. "Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq”, - deyə o vurğulayıb.


.