"Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".
Bunu Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib.
“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib.
.