Şimali Atlantika Alyansının genişlənməsi, blokun Sovet dövründə verdiyi bütün vədlərə baxmayaraq, "bir dəqiqə belə dayanmayıb".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxış edərkən bildirib.
O qeyd edib ki, "Sovet liderlərinə şərqə doğru bir santimetr belə irəliləməmək barədə verilən vədlərə baxmayaraq, NATO-nun genişlənməsi bir dəqiqə belə dayanmayıb. Üstəlik, bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daxilində öz təhlükəsizliyini başqalarının hesabına gücləndirməmək və regional və təbii ki, qlobal dominantlığa can atmamaq kimi ən yüksək səviyyəli öhdəliklərə zidd olaraq edilir".
.
