Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər. Trend-in məlumatına görə, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.
"Trend” xəbər verir ki, bu gün Mauerbaxda ATƏT ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.
Sergey Lavrovla Edvard Nalbandyan beynəlxalq və regional problemlərə toxunublar, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini müzakirə ediblər.
Tərəflər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
