Minsk razılaşmalarını pozmaqda məqsəd Ukraynanı silahlandırmaq idi.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, Minsk razılaşmalarını pozmaqda məqsəd Ukraynanın Rusiya Federasiyasına qarşı silahlandırmaq idi.

O, Rusiyanın İraqın sülh səylərini dəstəklədiyini də söyləyib.

Lavrov Rusiya və İraqın Qərbin qanunsuz sanksiyalarına qarşı əməkdaşlığının vacib olduğunu vurğulayıb.

“Rusiya Federasiyası İraq hökumətinin təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə səylərinə tam dəstəyini ifadə edib. Bu il Bağdadda Rusiya-İraq hökumətlərarası komissiyasının iclası keçiriləcək”, - Rusiya XİN başçısı əlavə edib.
 

.