Britaniyanın yeni Baş naziri Liz Trass Rusiya Federasiyasına qarşı bilərəkdən mənfi mövqedədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Trass Britaniyanın maraqlarını güzəştə getmək istəmədən müdafiə edir və bu çətin ki, Londonun beynəlxalq arenada mövqeyini gücləndirsin.

Lavrov hesab edir ki, Trass Britaniyanın Avropada itirdiyi təsirini Ukrayna ətrafında yaranmış aqressiv hərəkətlərlə kompensasiya etməyə çalışır.

.