Rusiya ümid edir ki, Dağlıq Qarabağla bağlı humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcəklər.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında bildirib.

O, danışıqların bərpa olunmasının gecikdirilməsinin düzgün olmadığını qeyd edib: “Danışıqlar prosesinin bərpa olunmasını uzatmaq düzgün deyil”.

.