“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının ciddi şəkildə icra olunması vacibdir. Bu bizim ümumi fikrimizdir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, erməni həmkarı ilə görüşdə Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işi mövzusuna baxılıb: “Öz tərəfimizdən biz Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazır olduğumuzu təsdiqlədik”.

Lavrov ölkəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışladığını vurğulayıb: “Ankara-İrəvan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşmasına kömək etməlidir. Bu müstəvidə bizim ümumi fikrimiz “3+3” regional platformasının ritmik işini təmin etməyin vacibliyidir. Bu, region ölkələri və onların qonşuları arasında dialoqun qurulması və çoxplanlı əməkdaşlığının inkişafı üçün vacib əlavə kanaldır”.

.