“Mən üç liderin (Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri-red) bəyanatından qopardılan hissənin interpretasiyasını şərh edə bilmərəm. Bu bəyanatda razılaşdırılan hər şey göstərilib. Bu və ya digər fəaliyyətdə olan şəxs tərəfindən bu bəyanatın üstünə əlavə olunanlar onun məsuliyyətidir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "“Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verən Rusiya XİN başçısı bildirib ki, ölkəsi hazırda imzalanan bəyanatın dəyişdirilməsi cəhdlərini görmür.

“Mən bu sözlərin arxasındayam. Rusiya bu sözlərin arxasındadır. Əgər düz başa düşürəmsə, Ermənistanda hazırda sadə olmayan müzakirələr gedir. 17 partiya birləşib ki, ölkələrinin maraqlarını dəstəkləsinlər. Onlar birmənalı olaraq bu bəyanatın həyata keçirilməməsi cəhdlərinə qarşı olduqlarını bildiriblər. Biz bundan çıxış edirik. Hər şeyi edəcəyik ki, belə cəhdlər baş verməsin və bütün hallarda uğurla nəticələnməsin”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiya XİN başçısı: “Kim hara qayıdır, kim hardan çıxır, hamısı bəyanatda yazılıb”

“Kim hara qayıdır, kim hardan çıxır, hamısı bəyanatda yazılıb. Bütün bunlar ən yüksək səviyyədə razılaşdırılıb”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin bütün bunların icra edilməsinin lazım olduğu barədə dəqiq anlayışı var.

“O ki, qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Lavrov: “ABŞ Qarabağa dair üçtərəfli bəyanatla bağlı məlumatlandırılıb”

ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu bəyanatları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”,  deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində hər şey haqqında məlumatlandırıldığını da qeyd edib: “Bundan başqa, Rusiya əvvəldən Minsk Qrupunun həmsədrləri ilə, hansı ki, bura ABŞ da daxildir, sıx çalışıb. Son on gündə Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub. Bir saata yaxın da mən fransalı həmkarımla müzakirə aparmışam”.

.