Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş başlayıb.

 Putin Tokayevi Kreml sarayının Georgyevsk zalında qarşılayıb.

Zalda Rusiya və Qazaxıstan nümayəndə heyətləri yer alıb.

Rusiya KİV-i xarici işlər naziri Sergey Lavrovun Kremldə Rusiya nümayəndə heyəti arasında olmadığını, onun yerini müavini Mixail Qaluzinin tutduğunu yazıb.

Qeyd edək ki, Tokayev Rusiyaya dövlət səfəri edib. O, dünən Putinlə Kremldə təkbətək görüş keçirib.

.