Rusiya XİN rəhbəri Suriyadakı vəziyyəti müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçi ilə də telefon danışığı aparıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Araqçi və Lavrov Suriyadakı hadisələrlə bağlı İran, Rusiya və Türkiyənin koordinasiyasının vacibliyini vurğulayıb.
Məlumatda o da qeyd edilib ki, Rusiya və İran XİN başçıları Suriya hökuməti və ordusuna dəstəklərini bildiriblər.