Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək.

İclas iştirakçıları Ermənistanın təşkilata rəhbərlik etdiyi dövrdə KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığı müzakirə edəcəklər.

.