Rusiyanın Vaşinqtonla daimi əlaqə kanalları var.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə Rusiya-ABŞ danışıqları ilə bağlı Amerika mediasının xəbərlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Moskva sülh təşəbbüslərini pozmağa yönəlmiş boş söhbətlər etməkdənsə, diplomatiya ilə məşğul olmağa üstünlük verir.
Lavrov vurğulayıb ki, Rusiya ABŞ-ı Ukrayna ilə bağlı danışıqlar prosesində tələsdirmir: "Biz ümid edirik ki, ABŞ Ukrayna və Avropa ilə məsləhətləşmələrini başa vurduqda, onlar Moskvaya məlumat verəcəklər".
Qeyd edək ki, ABŞ mediası Əbu-Dabidə bu gün keçiriləcək görüşdə ABŞ ordu nazirinin Rusiya rəsmilərinə Ukraynada münaqişənin həlli ilə bağlı qısaldılmış plan təqdim edəcəyo barədə məlumat yayıb.
.
