"Yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır”.
Yenizaman.az -ın vəlumatına görə bunu "RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Görüş planlaşdırırıq, çünki məsələ belə yüksək diqqət tələb edir. Tezliklə yəgin ki, təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə o vurğulayıb.

"Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.
Bu sözləri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: "Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.
"Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir”.
Nazir həmçinin qeyd edib ki, 5 il əvvəl o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri bu məsələni altına imza atıblar: "Onlar insidentlərin araşdırılması və etimadın möhkəmləndirilməsi mexanizminin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq həvalə edildi və ATƏT nümayəndələri müxtəlif variantlı təkliflər ortaya atdılar. Lakin təəssüf ki, 2012-ci ildə məsələ irəliyə getmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”.

.