Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.

Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.

Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb.

.